Dekabr ayının 7-də baş verən 5.6 ballıq zəlzələdən sonra sosial şəbəkədə yayılan videogörüntülərdə Səngəçal qəsəbəsində qala divarlarının üzə çıxdığı iddia olunur.
Görüntülərin Otman Bozdağ vulkanına yaxın ərazidə çəkildiyi deyilir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, məlumatın dəqiqliyini yoxlamaq üçün əraziyə mütəxəssis qrupu göndərilib: "Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək".