"İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışa verilən təşkilat rəhbəri İstanbulda saxlanılıb.
BAKU.WS Tükiyə mediasına istinadən istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib.
İngiltərənin Şimal-Şərqi bölgəsində narkotik ticarəti ilə məşğul olan "Silahlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatı"nın rəhbəri, "İnterpol"un qırmızı bülleteni ilə axtarışda olan Şaun Monaqanın İstanbulda keçirilən "Qəfəs -16" əməliyyatı ilə yaxalandığı açıqlanıb.
Şaun Monaqanın rəhbərlik etdiyi silahlı təşkilatın İngiltərədə külli miqdarda kokain və heroin payladığı, qeyri-qanuni silah ticarəti, silahlı təhdid və silahlı soyğunçuluqla məşğul olduğu müəyyən edilib.
O, 25.10.2023-cü ildə Türkiyəyə daxil olub, 04.12.2023-cü il tarixində haqqında qırmızı bülletenlə axtarış elan edilib və 05.12.2023-cü il tarixində Fatihdə bir oteldə keçirilən qəfəs-16 əməliyyatı ilə polis tərəfindən 1 gün ərzində yaxalanıb.