Monako knyazlığına MBD ölkələrindən bu ilin birinci kvartalında gedənlərin sayı kəskin artıb.
Buta.media Xarici KİV-ə istinadən xəbər verir ki, Monakonun Turizm İdarəsinin statistikasına əsasən bu ilin yanvar ayından mart ayına qədər Özbəkistandan knyazlığa gedənlərin sayı rekord səviyyədə-1000 faiz artıb.
Azərbaycandan gedənlərin sayında isə 135 faiz artım olub. Monakoya istirahətə və əyləncəyə gedən Gürcüstan vətəndaşlarının sayında da kəskin artım qeydə alınıb-95 faiz.
Monako knyazlığı xarici turistlər arasında kazinolarına və digər qumar əyləncələrinə görə məşhurdur.