Qalmaqallı model Razi Əliyevanın toyu oldu - foto + video

“Miss Azərbaycan 2017” Razi Əliyeva ailə qurub.

OLAY-ın məlumatına görə, onun nikah mərasimi bu gün baş tutub. Model Nicat adlı bəylə evlənib.

Model xoş gününü ailəsi və yaxın dostları arasında qeyd edib. 

Onun toyundan görüntüləri dostları sosial şəbəkə hesablarında paylaşıblar. Xüsusilə də Razinin qayınanasının və anasının çıxışı diqqət çəkib. Modelin anası danışarkən göz yaşlarını saxlaya bilməyib.

Bundan əlavə gecədə Xalq artisti Röya Ayxan səhnə alıb.

Qeyd edək ki, Razi bir müddət əvvəl keçmiş sevgilisi Ziya Hüseynzadə ilə yaşadığı qalmaqalla gündəmə gəlmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ