Parisdə dekabrın 2-də axşam saatlarında Eyfel qülləsi yaxınlığında yoldan keçənlərə insanlara biçaqlı hücum edib. Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Hücum edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, həmin şəxs həbs olunmazdan əvvəl “Allahu Əkbər” qışqırıb. Nazir hücumçunun psixi pozğunluqdan əziyyət çəkdiyini və müalicə aldığını bildirib.
“Le Figaro”nun yazdığına görə, həmin şəxs Fələstində müsəlmanların öldürülməsinə qarşı olduğunu bildirib və həmçinin Fransanı İsrailin “tərəfdaşı” adlandırıb.
Nəşr yazır ki, saxlanılan şəxs 1997-ci ildə Fransada anadan olub. 2016-cı ilin iyulunda o, hücumlar təşkil etməkdə şübhəli bilinərək saxlanılıb. Elə həmin il o, dörd il müddətinə azadlıqdan məhrum edilib.
Fransa Daxili İşlər Nazirliyinin rəhbəri ölən şəxsin Almaniya vətəndaşı olduğunu da bildirib.