Bakıda qayın yeznəni qətlə yetirdi

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Rasim Fəxrəddin oğlu Zamanovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidməti məlumat yayıb.

Ailə üzvlərindən alınan məlumata görə, qətli R.Zamanovun qaynı  Həsən Məmməd oğlu Həsrətov törədib. O polis əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilib ki, mübahisə mülk üstündə yaranıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ