Moskvada məşhur bazarda yanğın - video

Moskvanın “Sadovod” bazarında yanğın baş verib, 20-ci sıradakı pavilyonlar yanır. Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Bazardan qatı tüstünün çıxdığı qeyd edilir. Yanğınsöndürənlər hadisə yerinə gedirlər. Hazırda itkilər və yanğının ərazisi barədə məlumat yoxdur.

“Mash” Telegram kanalının məlumatına görə, yanğına ikinci dərəcə verilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ