“Növbəti tədris ilindən Qarabağ Universitetində 800-1000 tələbə tədris ala biləcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, orada 2-3 min tələbənin təhsil alması üçün imkan var: “Xankəndidəki Qarabağ Universitetinin yenidən fəaliyyətə başlaması elm işçilərinə bir imkandır və hər kəs üçün qürurverici xəbərdir. İlk mərhələdə 4 fakültənin açılması nəzərdə tutulub.
Müəllimlərin bir qismi Xankəndidə kampuslarda qalacaq. Onlar növbəli şəkildə gedib orada təhsil verəcəklər. Orada birinci kursa qəbulu planlaşdırırıq”.