Bakıda 195 saylı ümumtəhsil müəssisəsində qızılcaya yoluxan bir şagird vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a məktəbin müəllimi Aynur Cavid bildirib.
Müəllim deyib ki, məktəbin 4-cü sinfində təhsil alan Rinat ailənin tək övladıdır. O, dünən gecə saatlarında yüksək temperaturla həyatını itirib.
A.Cavid onu da əlavə edib ki, qızılca məktəbdə geniş yayılsa da nə siniflər, nə də ki, məktəb bağlanır.
“Hazırda mənim sinfimdə üç-dörd şagird var, qalan hamısı qızılcaya yoluxub” - müəllim deyib.
Xatırladaq ki, noyabrın 23-də Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu qızılcadan vəfat etmişdi.