Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva faktla bağlı Modern.az-a açıqlamasında qeyd edib ki, xəstəxanada ginekologiya şöbəsi yoxdur, doğum şöbəsi var:
“Şöbə olmadığı üçün şəxsin hamiləliyin təyin olunması da aparılmır. Bizdə doğuş şöbəsi var, ora da normal doğuşa gələnlər qəbul edilir. 15 yaşlını isə biz doğuşa götürə bilmərik, bu, mümkün deyil. Həm də mümkün deyil ki, 4 nəfər 15 yaşlının hamısı eyni gündə bizə müraciət etsin. Bizdə yalnız normal-9 aylıq doğuşlar aparılır. Onlar da öz qeydiyyatımızda olan vətəndaşlardır. Birmənalı şəkildə belə hal olmayıb”.
11:02
Ağstafa rayonunda şok hadisə yaşanıb.
Buta.media "Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 24-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib.
Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.