Türkiyədə iki rusiyalı qadını öldürdülər. Onların çarşafa bükülmüş cəsədləri tapılıb

Türkiyənin Bodrum kurort şəhəri yaxınlığında iki qadının - Rusiya vətəndaşları ana və qızının cəsədi tapılıb. Bu barədə “Haberturk” və “CNN” Turk məlumat yayıb.

Nəşrlərin yazdığına görə, çarşaflara bükülmüş və kəndirlə bağlanmış cəsədlər İçmələrə gedən yolun yaxınlığındakı sıldırım yamacda aşkarlanıb. Onları ərazidə patrul aparan polis əməkdaşları aşkar ediblər.

Müayinə zamanı mərhumun qadın və yeniyetmə qız olduğu müəyyən edilib. Ehtimal olunur ki, bu, “rus millətindən olan” ana və qızıdır. Meyitlər morqa aparılıb.

“Anterhaber” nəşri ölən qadının model kimi işlədiyini, Bodrum, İstanbul və Kapadokyada dəb saytlari və geyim brendləri üçün çəkiliş kampaniyalarında iştirak etmiş İrina Dvizova olduğunu iddia edir. Nəşrin məlumatına görə, o, güllələnib və qətldə şübhəli bilinən “əcnəbi” axtarışa verilib.

“Mash” yazır ki, Türkiyədə öldürülən rusiyalı qadın 42 yaşlı İrina Dvizova olub, onunla birlikdə 15 yaşlı qızı Dayana da qətlə yetirilib. Ailə Bodrumda kirayə villada yaşayırdı. “Shot” Telegram kanalı bildirir ki, Dvizova əvvəllər model olub, lakin Türkiyədə rieltor işləyib.

Qeyd olunur ki, qohumlar bir neçə gün əvvəl ana və qızı axtarmağa başlayıblar. Qadınların yaşadığı evdə divanda qan tapılıb. Qətldə şübhəli bilinən İrinanın keçmiş əri Türkiyəni tərk edib. Onun Finlandiya vətəndaşı olduğu iddia edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ