Dünya Bankı həyəcan təbili çalır: Azərbaycan limanları işləyə bilməyəcək

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi tendensiyası 2023-cü ildən sonra da davam edərsə, o zaman limanların, xüsusilə Aktau və Ələt limanlarının istehsal gücü təhlükə altında olacaq, Dünya Bankının xüsusi hesabatında deyilir.

Məlumatda qeyd olunduğu kimi, hazırda dənizdə suyun səviyyəsinin xüsusilə aşağı olması limanlara yaxınlaşmada naviqasiya və yanalma məntəqələrində gəmilərin istismarı ilə bağlı problemləri artırır.

Hesabatda vurğulanır ki, “Xəzər dənizində bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ