Neftçalada evə basqın: Şəhidin il mərasimi üçün yığılan pul oğurlandı - foto

Neftçalada şəhid anasının evinə basqın olub.

Lent.az xəbər verir ki, noyabr ayının 26-dan 27-nə keçən gecə Neftçala şəhidi Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın evinə maskalı şəxslər basqın ediblər.

Onlar şəhid anasını bıçaqla hədələyərək evdən 800 AZN pulu götürərək qaçıblar. Şəhid anası həmin pulları oğlunun il mərasimi üçün saxlayıbmış.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən soyğunçuluq faktı ilə bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ