ABŞ gəmisi Yəmən sahillərində qaçırılan tankerə kömək etdi

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Mason” gəmisi Ədən körfəzində dəniz quldurları tərəfindən ələ keçirilən tankerin köməyinə çatıb.

Bu barədə “Reuters” ABŞ rəsmilərinin bəyanatına istinadən məlumat yayıb.

“Central Park” adlı tanker azad edilib, ekipajı xəsarət almayıb. Bəyanatda deyilir ki, beş dəniz qulduru qayıqla qaçmağa çalışsalar da, saxlanılıblar. Piratlarla bağlı təfərrüatlar barədə məlumat verilmir.

Bununla belə, qeyd olunur ki, Yəmən ərazisindən Amerika gəmisi və bir tankerə doğru iki ballistik raket atılıb. ABŞ səlahiyyətliləri raketin təxminən 10 dəniz mili (18,5 kilometr) aralıda düşdüyünü bildiriblər.

Fosfor turşusu daşıyan gəmiyə hücum barədə noyabrın 26-da günorta məlum olub. Qeyd edilib ki, tanker israilli iş adamı Eyal Oferin “Zodiac Maritime” şirkətinə məxsusdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ