“Qara Cümə” gününün bilinməyən tərəfləri: İnsanları belə aldadırlar...

Hər il ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur "Black Friday", yəni "Qara Cümə" günü kimi qeyd olunur.

Həmin gün mağazalar ən azı 50% olmaqla 80%-90%-dək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara belə demək mümkünsə, hücum çəkirlər.

Bəs nə üçün həmin gün "Qara Cümə” adlandırılır?

Bu günə "Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Bunun səbəbini isə həmin gün ABŞ-ın Filadelfiya ştatında alış-veriş üçün nəqliyyatda yaranan "tıxac”lar və digər çətinliklər göstərilmişdi. Media bu günü "Qara cümə" adlandırmış və bu sərhlövhə tarixə "Black Friday" kimi düşmüşdü. 

Bu il Azərbaycanda da noyabırın 20-dən 26-na qədər bir çox mağazalar "Black Friday”, yəni "Qara Cümə” keçirərək, xüsusi endirimlər tətbiq edir, hətta iş vaxtı belə uzadılır.

"Qara Cümə” ilə bağlı AZXEBER.COM-un suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu günün bir yalandan ibarət olduğuna diqqət çəkib:

"İllərdir bu haqda danışıram, bu gün də deyirəm "Qara Cümə” insanları aldatmaq üçün bir tələdir. Bu insanları mağazanın qapısından içəri salmaq üçün hazırlanan bir plandır. Burada iki aspekt var. Birincisi və əsas məsələ müsəlman aləminin müqəddəs cümə gününə bir qara yaxmaqdan ibarətdir. "Blacf friday" müsəlmanları müqəddəs gündən uzaqlaşdırmaq üçün ABŞ-dan, Avropadan gələn bir jestdir. İkincisi isə yalançı mağazaların insanları qapıdan içəri salıb saxta və sıradan çıxmış məhsullarını satmaq üçün düşünülmüş bir yoldur”.

Eyyub Hüseynov "Qara Cümə” adı altında tətbiq olunan endirimlərin həqiqəti əks etdirmədiyini bildirib:

"Bəzi mağazalar iki ay əvvəl bilərək qıyməti qaldırırlar, sonra guya endirirlər. Əslində o sizin gördüyünüz endirimli sandığınız qiymət malın həqiqi qiymətidir, heç bir endirimdən söz gedə bilməz. İnsanları aldadırlar. Siz başqa nə gözləyə bilərsiniz ki, bu gündən? Bu bütün dünya ölkələrində istehlakçıları aldatmaq üçün olan qlobal bir çağırışdır. Ümumiyyətlə "Sevgililər günü”, "8 Mart”, "Yeni il” kimi bayramlar hamısı biznes layihəli bayramlardır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ