Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun yeganə oğlu, 28 yaşlı Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir.

Buta.media xəbər verir ki, “Forbes” jurnalı 2019-cu il üzrə Rusiyada ən varlı varislərin siyahısını açıqlayıb. 

Jurnalın rəsmi saytında dərc olunan reytinqə əsasən, Yusif 21,8 milyard dollarlıq mirasla Rusiyanın ən varlı varisi adını qazanıb.

Reytinqdə 20 ailədən 48 nümayəndə təmsil olunur. Reytinqdə adıçəkilən varislərin ümumi varidatı 238 milyard dollardır.

“Forbes” jurnalının hesablamasına görə, hazırda Rusiyada 103 milyarder mövcuddur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ