“Biabırçı cinayət törətmiş Ramil Səfərov” - Xədicə İsmayıl etiraza səbəb oldu

Jurnalist Xədicə İsmayılın sosial şəbəkədəki paylaşımı etirazla qarşılanıb.

Buta.media xəbər verir ki, o, hakimiyyəti tənqid edərək yazıb: “Münaqişəni uzadırlar ki, hərbi büdcəni yeyib, pul qazansınlar, buna etiraz edən adamların üstünə vətənpərvərlik adı altında saçyolanları göndərirlər. 

Adamların vətənə sevgisindən sui-istifadə edib bayraq dirəyində pul yedilər, biabırçı cinayət törətmiş Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazandılar. 

Xalqın duyğularını yalnız özlərinin xeyri üçün sömürdülər. Bu qədər duyğu sömürüsündən sonra Qarabağ hələ də işğal altında və biz bu qədər qurban vermişkən hələ də dünyaya vəhşi olmadığımızı sübut etməliyik. Əliyevlərin bizə vurduğu ziyan ölçüyə gəlmir sadəcə”.

Jurnalistin Ramil Səfərovla bağlı ifadəsi sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etiraza səbəb olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ