Quba stansiyasından 28 km şimal-şərqdə Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 15:33-də qeydə alınan zəlzələnin maqnitudası 3.1 olub.
Zəlzələ ocağının dərinliyi 6 km-dir. Zəlzələ hiss olunmayıb.