“Prius” “Range Rover”-ri vurdu - video

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Füzuli və Mərdanov qardaşları küçələrinin kəsişməsində 77-DH-654 dövlət nömrə nişanlı “Toyota Prius” və “Range Rover” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə və yol infrastrukturuna ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ