Argentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi Xavyer Miley qalib gəlib.
Yeni prezident dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq.
X. Mileyin səsvermə nəticələrini öyrənmə anı gündəm olub.
Onun sevincini qışqıraraq və qəribə hərəkətlər edərək ifadə etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.