“Qarabağ, Qüdsdən bizə nə?” deyənlər Böyük Türkiyə yürüşünü əngəlləyir”

“Suriya, İraq, Qarabağ, Liviya, Bosniya, Qüdsdən bizə nə?” deyənlər, əslində bilərəkdən və ya bilməyərəkdən Böyük Türkiyə yürüşünü əngəlləyir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Kim Türkiyənin hələ də yalnız sərhədlərindən ibarət bir ölkə olmadığını qəbul etmək istəmirsə, o, ya qafildir, ya da başı, ürəyi başqa qruplara icarəyə verilmiş bir xaindir. Türkiyə gücləndikcə və hər sahədə öz iddiasını irəli sürdükcə, cəlb etdiyi düşmənçiliklərin miqyası da artdı”, - deyə Ərdoğan əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ