İlon Maskın uğursuzluğu. “Starship” əlaqəyə çıxmır

İlon Maskın “SpaceX” şirkətinin “Super Heavy” raketi ikinci uçuş sınağı zamanı super “Starship” gəmisini kosmosa çıxarıb. Texasın Boka Çika kosmodromunda baş tutan buraxılış “SpaceX”in sosial şəbəkələrində yayımlanıb.

Raket daşıyıcısının birinci pilləsi gəmini kosmosa çıxardı, bundan sonra o, ayrılaraq partladı. CNN qeyd edir ki, təxminən 10 dəqiqəlik uçuşdan sonra gəmi ilə əlaqə kəsilib, şirkət yayımda “Starship”in özünü məhvetmə funksiyasını işə saldığını elan edib. İlon Mask “SpaceX” komandasını gəminin orbitə buraxılması münasibətilə təbrik edib.

“Starship” gəmisinin ilk sınaqları 2023-cü ilin aprelində baş tutub. Birinci pillənin planlaşdırılan ayrılmasından qısa müddət əvvəl, “Starship” nəzarətsiz fırlanmağa başlayıb və partlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ