Zümrüd Bədəlovanın maşınına hücum olundu - video

Aparıcı Zümrüd Bədəlovanın maşınına hücum olunub.

Zümrüd bu barədə televiziyada yayımlanan verilişlərdən birində danışıb.

O, veriliş vasitəsilə avtomobilinə dəfələrlə zərər vuran şəxsə müraciət edib:

“Bilmirəm, hansı niyyətlə bunu edirsiniz. Amma siz nə qədər etsəniz də, mən efirə çıxıb bunu danışıb güləcəyəm. Dəmir parçasına olunan ziyanın bizə heç bir təsiri yoxdur. Sadəcə insan təəssüflənir. Çünki səhər tezdən oyanırsan, işə getmək üçün tələsirsən, günlərdir avtomobilin üstündə çəkilən şəkilləri, cızıqları görürsən. Qapını açmağa çalışıb, bərbad vəziyyətə qoymaq, əvvəlcə daşla əzmək, şüşə ilə cızmaq və şüşə qırıqlarını maşının üstünə səpmək qədər absurd bir şey ola bilməz. Bunu edən insan ya psixoloji xəstədir, ya da bilmirəm ki, hansı haldadır. Səbəb nədir? Niyə hər səhər polis əməkdaşlarını narahat etməliyəm. Bu dəfə ciddi yanaşdım. Onu edən şəxs başının üstündəki kameranı görməyib. Onları açdırıb, nəhayət, həmin adamı tapmalıyam”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ