Finlandiya Rusiya ilə sərhədlərini bağlayır

Finlandiya cümə günündən şənbə gününə kimi Rusiya ilə sərhəddə 4 keçid məntəqəsini bağlayır.

Bu barədə Finlandiya Baş naziri Petteri Orpo bildirib.

Rəsmi Helsinki bildirir ki, son həftələr İraq, Yəmən və digər ölkələrin vətəndaşları Rusiya üzərindən kütləvi şəkildə Finlandiyaya gələrək sığınacaq istəməyə başlayıblar.

Sərhədlər gələn il fevralın 18-nə qədər bağlı qalacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ