Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq noyabrın 16-da xəstəlikdən dünyasını dəyişib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.