“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq”.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bildirib.
O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq:
“Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.
Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib.