Rusiyada azərbaycanlıların mərasiminə basqın edilib - video

Rusiyanın Voronej şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlıların şənlik təşkil etdiyi restoranda reyd keçirib.

Bu barədə məlumatı “Bloknot Voronej” portalı yayıb. 

Bildirilir ki, polisin xüsusi təyinatlı dəstəsi gözlənilmədən restorana daxil olub. Məlumata görə, reyd zamanı təqribən 50 nəfərə hərbi xidmətə çağırış vərəqəsi verilib. 

Portal məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, rəsmi açıqlama verilməyib. Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş idarəsi isə məsələnin Rusiya DİN-ə heç bir aidiyyətinin olmadığını bildirib. 

Xatırladaq ki, oktyabrın sonu Rusiyanın Sankt-Peterburq şəhərində güc strukturları azərbaycanlıların keçirdiyi toya basqın edərək mərasimi yarıda dayandırmışdılar. Yoxlama zamanı 5 nəfərin saxlanıldığı bildirilirdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ