Türkiyə Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırdı

Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırıb.

Bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının vəkilləri “X” sosial şəbəkəsində bəyanat dərc edərək bildiriblər.

Bildirilib ki, Qəzza zolağına olan zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.

Qeyd edək ki, noyabrın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Benyamin Netanyahunu artıq öz həmsöhbəti hesab etmədiyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ