Türkiyədə fenomen bacılar saxlanıldı

Türkiyədə daha iki sosial media fenomeni saxlanılıb.

“Hüriyet”xəbər verir ki, sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb.

Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün saxlanılıb.

Məhkəmədə ifadələri alınan Dilan Polat, Engin Polat və Sıla Doğu da daxil olmaqla 12 nəfərin həbsinə, 6 nəfərin isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilib.

İlkin məlumata əsasən, Polat ailəsi çirkli pulların yuyulmasında ittiham olunur. Bildirilir ki, Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb, onlara məxsus şirkətlərdə aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ