Zelenski Mustafa Cəmileva “Ukrayna Qəhrəmanı” adını verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatarlarının lideri Mustafa Cəmilevə  “Ukrayna Qəhrəmanı” fəxri adını verib. 

Zelenski bu barədə sosial media hesabında paylaşım edib:

“Krım tatar xalqının lideri Mustafa Cəmilevin bu gün 80 yaşı tamam olub.

Mən onu təbrik etdim və Ukraynanın və Krım tatar xalqının azadlığını müdafiə etdiyinə görə təşəkkür etdim. Mən də onu “Ukrayna Qəhrəmanı” adına layiq gördüm.

Mustafa Cəmilev bütün həyatını milli azadlığın müdafiəsinə həsr etmiş güclü, ləyaqətli və cəsur bir insandır.

Mən ona hamımızın arzuladığını arzuladım. Həmçinin, Ukraynaya qələbə, bütün ölkəmizə azadlıq dilədim. Biz Krımın azad olunmasını yaxınlaşdırmaq üçün hər cür səy göstəririk”, - deyə Zelenski bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ