Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb:

Buta.media xəbər verir ki, sənəddə deyilir:  

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Kollegiyanın sədri” bölməsindən “Bayramov Ceyhun Əziz oğlu - ” sözləri çıxarılsın. 2. “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin: 

“Azərbaycan Respublikası təhsil nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ