İsrailli nazir Qəzza zolağına nüvə bombası atmağı təklif etdi

İfrat sağçı “Otzma Yehudit” partiyasından olan Qüds və İsrail dövlətinin irsi işləri üzrə nazir Amixiya Eliyahu bildirib ki, Yaxın Şərqdəki münaqişəyə son qoymaq variantlarından biri Qəzza zolağına nüvə bombası atmaqdır.

Yerli “Kol Berama” radiosunda söhbət zamanı Eliyahudan Qəzza zolağına nüvə bombasının atılmasının lazım olub-olmaması barədə sual verilib.

Eliyahu qeyd edib ki, “bu, imkanlardan biridir”. O, həmçinin Qəzzada yaşayan fələstinlilərə hər cür yardımın əleyhinə çıxıb. Onun sözlərinə görə, “biz nasistlərə humanitar yardım etməzdik”.

Qeyd edək ki, Amixiya Eliyahu İsraildə ultrasağ partiyanın nümayəndəsidir, lakin Qəzza zolağında hərbi əməliyyatlarla bağlı qərarlar qəbul edən Nazirlər Kabinetinin tərkibinə daxil deyil.

İsrailin baş naziri Eliyahunun qalmaqallı açıqlamalarına cavab olaraq İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlar zamanı beynəlxalq qanunlara əməl etdiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ