İsrail ordusu HƏMAS-ın tunellərini aşkarlayıb - video

İsrail əsgərləri Qəzza zolağının şimalında döyüş tapşırıqlarını yerinə yetirərkən HƏMAS qruplaşmasının tunellərini aşkarlayıb.

Bu barədə İsrail ordusunun X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş məlumatda deyilir.

“HƏMAS Qəzzanın cənubundakı mülki şəxslərin təhlükəsiz ərazilərə köçməsinə mane olur, lakin yaraqlıların özləri mürəkkəb terror tunelləri şəbəkəsində gizlənir. İDF əsgərləri Qəzzanın şimalında əməliyyatlar zamanı tunellərə çoxlu giriş nöqtələri aşkar ediblər”, məlumatda deyilir.

İsrail mətbuatının məlumatına görə, mühəndis bölmələri Qəzza zolağında HƏMAS-ın tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb və artıq onların yüzdən çoxunu partladıb.

Həmçinin bildirilir ki, İDF bu gün Qəzza zolağının şimalından cənuba mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açacaq. Qeyd olunur ki, dəhliz Bakı vaxtı ilə saat 12:00-dan 16:00-dək açıq olacaq.

Yayımlanan görüntüyə əsasən, İsrail tankları və zirehli texnikasının Əl-Şati qaçqın düşərgəsi yaxınlığındakı əraziyə çatdığı güman edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ