Xoşqədəmə xəyanət iddiası ilə gündəmə gələn Doğuş səssizliyini pozdu

Gizli eşq və xəyanət iddiaları ilə gündəmə gələn və boşanacağı xəbəri yayılan Doğuş ailəsi ilə birgə poza verərək səssizliyini pozub.

Aparıcı Xoşqədəm Hidayətqızından boşanacağı xəbəri yayılan türkiyəli ifaçı Instaqramda paylaşım edib.

O, paylaşımında “Ailəm, səni sevirəm” sözlərini yazıb. Doğuş bu paylaşımı ilə həyat yoldaşı ilə aralarında heç bir problem olmadığını da açıqlayıb. 

Xatırladaq ki, bir müddət öncə Doğuşla dini nikaha girdiyini iddia edən Esra adlı xanım Türkiyədə efirlərin birinə qonaq olmuşdu. O, iddia etmişdi ki, Doğuş həyat yoldaşından ayrılmaq istədiyi lakin bunu bacarmadığını deyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ