Messi Avropa futboluna qayıtmayacaq

ABŞ-ın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi Avropa futboluna qayıtmayacağını bildirib. Onun sözlərini Fabrizio Romano X sosial şəbəkəsində “L’Équipé”yə istinadən sitat gətirib.

“Avropada qeyri-adi karyeram olub və arzuladığım hər şeyi qazanmışam. Sonra ABŞ-a gəlməyə qərar verdim. Heç vaxt Avropada oynamaq üçün geri dönəcəyimi düşünmürəm”, – forvard deyib.

Oktyabrın 30-da argentinalı karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. O, daha əvvəl 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə bu mükafata sahib çıxıb.

Hazırda Amerikanın “İnter Mayami” klubunda çıxış edən Messi 2021-ci ilə qədər “Barselona”da oynayıb. Kataloniyalıların tərkibində on dəfə İspaniya çempionu olub, dörd dəfə Çempionlar Liqasının qalibi olub. Forvard daha sonra Paris Saint-Germain-ə keçib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ