"Müharibədən sonra bəzi şəxslər odlu silah ələ keçirib" - DİN

Son 3 ildə vətəndaşlar könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib.

Bu barədə DİN-in yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, daxil olan məlumatlar göstərir ki, Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur: “Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ