Bakıda oğlanın 18 sm quyruğu var - FOTO

Azərbaycanda qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub. Bakıdakı xəstəxanalardan birində 17 yaşlı oğlanda aşkarlanan 18 santimetr uzunluğunda quyruq əməliyyatla götürülüb.

Buta.media e-tibb.az-a istinadla xəbər verir ki, bu barədə əməliyyatı icra edən həkim-cərrah İsmayıl Əsgərov məlumat açıqlayıb. 

Cərrah deyib ki, 17 yaşlı oğlan bel-oma nahiyəsində doğuşdan bu günə qədər mövcud olan quyruq kimi çıxıntı şikayəti ilə xəstəxanaya müraciət edib: “Oturarkən çətinlik çəkirdi və bir qədər ağrı, narahatlıq verirdi. Həmçinin gündəlik geyimlərlə bağlı çətinlikləri vardı”.

Həkim bildirib ki, bu vəziyyətə yeni doğanlarda rast gəlinə bilər, amma 17 yaşda 18 santimetr uzunluqda quyruğun olması çox gecikmiş haldır:

“Xəstə və ailəsi inanc, sosial qınaq və utanc səbəbindən həkimlərə müraciət etməyib. Valideynlər bu quyruğun Hindli meymun tanrısı "Hanuman"dan bir hədiyyə olduğuna inanıblar. Xəstə ümumi anesteziya altında əməliyyat edildi. Əməliyyat öncəki müayinə ilə quyruğun onurğa sütunu, sinirlərlə əlaqəsinin olmadığı aşkarlandı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ