Bakıda baş verən qətlin detalları üzə çıxdı - video

Bakının Binəqədi rayonunda baş verən qətlin detalları məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət səhərə yaxın paytaxtın Binəqədi rayonu “Motodrom” adlanan ərazidə yerləşən fərdi evdə baş verib. Rayon prokurorluğuna 36 yaşlı Zülfiyyə Xamoyevanın  öldürülməsi barədə məlumat daxil olub. İstintaq qrupu hadisə yerinə cəlb edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qadının ər-arvad münasibətində olduğu 42 yaşlı Qədir Qasımov saxlanıb. O, istintaqa ilkin ifadəsində qadını yatdığı yerdə bıçaqlayaraq qətlə yetirdiyini bildirib.

Zülfiyyə Xamoyevanın anasının sözlərinə görə, qızı bir müddətdir iki uşağı ilə onun yanında qalırmış.

Mərhumun bacısı Sima Cavadova isə bildirib ki, Zülfiyyə Xamoyeva onunla birlikdə Nərimanov rayonunda yerləşən iaşə obyektində qabyuyan işləyib. İddia edilir ki, Qədir Qasımov hadisəni qısqanclıq zəminində öldürüb.

Qədir Qasımov şübhəli şəxs qismində tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ