Qanında Hepatit B aşkarlanmışdı, futbol oynamasına icazə verilmədi

Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu vətəninə yollanıb.

“Qafqazinfo”nun məlumatına görə, qanında Hepatit B virusu aşkarlan futbolçu vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunub. 

O, sonuncu analizi bu günlərdə verib. Analizdə deyişiklik müşahidə olunduğundan indiki halda futbol oynaması mümkün hesab edilməyib.

Nəticədə komandanın düşərgəsindən ayrılaraq vətəni Nigeriyaya gedib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ