Prezident Bakıda marketdə - VİDEO+YENİLƏNİB

Prezident İlham Əliyev bu gün baş çəkdiyi ərzaq mağazasında alıcı və satıcılarla söhbət edib.

Buta.media xəbər verir ki, ölkə başçısı mağazadakı mallarla və ticarət səviyyəsi ilə maraqlanıb.

O, mağaza sahibi Səyyarə Nəzərovaya “Ticarət necə gedir” deyə sual ünvanlayıb və malların neçə faizininin yerli olduğunu soruşub. 

S.Nəzərova ticarətin yaxşı, malların 90 faizinin yerli olduğunu deyib.

11:42

Prezident İlham Əliyev bu gün Sabunçu rayonunda olub.

Buta.media xəbər verir ki, Sabunçu dəmiryolu vağzalı kompleksinin açılışında iştirak üçün rayona yollanan ölkə başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib. 

Bundan başqa, prezident ərazidə yerləşən ərzaq mağazalarından birinə də baş çəkib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ