Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsi il bağlı növbəti qərarını açıqlayıb.

Uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.

Bildirilib ki, bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il dekabr ayının 20-də açıqlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ