İsrail Ordusu Qəzzada hücuma keçir

İsrail Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman Qəzza zolağında fəaliyyət göstərən hərbçilərə müraciətində qoşunların hücuma keçdiyini bildirib. Müraciətin səs yazısı İsrail Müdafiə Qüvvələrinin Twitter səhifəsində dərc edilib, Finkelmanın sözlərini “The Times of Israel” nəşri sitat gətirib.

“Biz Qəzza zolağında HƏMAS və terror qruplarına qarşı hücuma başlayırıq. Bizim bir məqsədimiz var - qələbə”, - Finkelman müraciətində deyib.

Yaron Finkelman bildirib ki, əsgərlər İDF-nin prinsiplərinə əməl edərək “peşəkar şəkildə döyüşəcəklər”. “Əsas tapşırığa sadiqlik və qalib gəlmək arzusudur”, - deyə o bildirib.

“Küçələrdə vuruşacağıq, tunellərdə döyüşəcəyik, lazım olan hər yerdə döyüşəcəyik. Qarşımızda duran düşmənə zərbə endirəcəyik”, - deyə Finkelman bildirib.

O, müraciətində İsrail hərbçilərini “qələbə nəsli” adlandırıb və “düşməni məğlub etməyə” çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ