Azərbaycanın Böyük Britaniyadakı səfiri “Arsenal”ın futbolçusu Henrix Mxitaryana Bakıya gəlmək üçün bütün zəmanətlər verilib.
Buta.media-nın məlumatına görə, Səfir bəyan edib ki, bunun üçün Mxitaryan onunla birbaşa əlaqə saxlaya bilər.
“Onun mənimlə danışmağına çox şad olardım. Avropa Liqasının finalı yüksək tədbirdir. Əgər məqsəd bunu ətrafında siyasi oyun qurmaqdırsa, onda söhbət başqadır. Lakin Mxitaryana futbolçu kimi pul verirlər, siyasətçi kimi yox. Buna görə gəlin bütün digər məsələləri kənarda qoyaq.
Onun problemi ondadır ki, Azərbaycanın icazəsi olmadan işğal olunmuş torpaqlara səfər edib. Buna görə hökumətin qara siyahısına salırlar. Lakin Mxitaryana zəmanət verilib.”
Səfir Mxitaryana sual da ünvanlayıb - O, əslində nə istəyir?
“Mənim Mxitaryana ismarıcım belə olacaq: sən futbolçusan, futbol oynamaq istəyirsən? Bakıya gəl, sən təhlükəsiz yerdəsən. Lakin sən əgər bu mövzuda “oynamaq” istəyirsənsə, bu söhbət ayrıdır”.