Oktyabrın 7-də İsrailə hücum zamanı radikal HƏMAS hərəkatının silahlıları tərəfindən qaçırılan Almaniya vətəndaşı Şani Lukun anası qızının öldüyünü açıqlayıb. Bu barədə Almaniyanın N-TV telekanalı məlumat yayıb.
“Dünən biz xəbər aldıq ki, qızım artıq həyatda deyil”, - Rikarda Luk deyib.
22 yaşlı alman qadının ölümünün rəsmi təsdiqi yoxdur.
Şani Luk HƏMAS-ın İsrailin cənubunda, Qəzza zolağı ilə sərhəddə yerləşən musiqi festivalına hücumu zamanı qaçırılıb. Daha əvvəl anası qızın ağır kəllə-beyin travması aldığını və anklavda xəstəxanada olduğunu bildirmişdi.