Dağıstanın paytaxtı Mahaçqalada kütlə aeroporta hücum edərək bu gün Təl-Əvivdən gələn yəhudiləri axtarmağa başlayıblar.
Hava limanı işçiləri gizlənməyə çalışıblar. Eyni zamanda bildirilir ki, polislər etirazçıların qarşısını ala bilməyiblər.
Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.
Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.
Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.