Kamildən növbəti qalmaqallı addım

İdmançı Kamil Zeynallı növbəti dəfə məhkəməlik olub. 

Buta.media News24.az-a istinadən xəbər verir ki, Zeynallı Kamil Heybət oğlu borc müqaviləsinin etibarsız sayılması iddiası ilə məhkəməyə müraciət ünvanlayıb.

İş üzrə cavabdeh müqavilənin imzalandığı Cəfərov Heydər Novruz oğludur. İşlə bağlı ilk iclas iyunun 10-da keçiriləcək.

Bakı Apelyasiya Məhkəməsində işə hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq.

K. Zeynallı isə bu barədə xəbər yazan sayt rəhbərliyini və jurnalistləri ağır söyüşlərlə təhqir edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ