Bu gün Türkiyənin İstanbul şəhərində Fələstinə dəstək mitinqi keçirilib.
İstanbul Atatürk Hava Limanında keçirilən mitinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib.
Türkiyə Prezidentinin mitinqdəki çıxışından önəmli açıqlamaları təqdim edirik:
“Təəssüf ki, mənim ölkəmin siyasətçiləri arasında HƏMAS-ı Netanyahuya buraxan bədbəxt insanlar var. Netanyahu terrorçu olduğu kimi, HƏMAS da terrorçu imiş... Ayıb olsun sizə”.
“Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana qədər bir çox coğrafiyalar üçün göz yaşı tökdük”.
“Burada biz təkcə Qəzzada törədilən qətliamı pisləmirik, həm də öz müstəqilliyimizi və gələcəyimizi müdafiə edirik”.
“Mən dedim ki, HƏMAS terror təşkilatı deyil, İsrail bundan çox narahat idi, bunu deyəcəyinizi bilirdik və bunu bildiyimiz üçün açıq şəkildə ifadə etdik”.
“(İsrail) Qərb sizə borcludur, amma Türkiyə sizə borclu deyil. Ona görə də biz sərbəst danışırıq. Ərdoğan ona görə belə danışır ki, Türkiyənin sizə heç bir borcu yoxdur”.
“İsrail idarəçilərinin ən yüksək səviyyədə ifadə etdiyi anlayışların altını cızsanız, ölkəmizin ərazisini ehtiva edən xəyanət xəritəsi ilə qarşılaşacaqsınız”.
“1947-ci ildə Qəzza, Fələstin nə idi, bu gün nədir? İsrail, sən bura necə gəldin? Necə girdin içəri? Sən işğalçısan, sən bir təşkilatsan”.
“Ötən gün Ukrayna-Rusiya müharibəsində qətlə yetirilən dinc sakinlər üçün timsah göz yaşları tökənlər bu gün minlərlə günahsız uşağın ölümünü səssizcə seyr edirlər”.
Ətraflı
“Hamı bilir ki, İsrail bölgədə günü gələndə qurban veriləcək sadəcə bir piyadadır”.
“Ey Qərb, mən səni çağırıram. Yenidən aypara-səlib yürüşünə başlamaq istəyirsiniz? Əgər belə bir səydəsinizsə, bilin ki, bu millət ölməyib”.
“Qərb dünyası Qəzzada uşaq, qadın və günahsız insanların qətliamını qanuniləşdirmək üçün siyasətçiləri və mediasını səfərbər edib və İsrail açıq-aşkar müharibə cinayətləri törədir”.
“Qəzzada törədilən qırğına görə ən çox məsuliyyət daşıyan Qərbdir. Qəzzada baş verən qətliam tamamilə Qərbin işidir”.
“Siz atəşkəs elan edənə qədər nə qədər uşaq, qadın və qoca ölməlidir? Qərbin günahlar kitabı bir daha oyundan kənara çıxdı”.
“Ey dünya! Bütün bu faktları görürsən, BMT-nin baş katibi qışqırır, amma eşitmirsən, kar və kor olmusan”.
“Qəzzada müdafiə yox, açıq, alçaq bir qırğın həyata keçirilir, aclıq, susuzluq, səhiyyə xidmətlərini çökdürməklə Qəzza xalqını kütləvi şəkildə məhv etmək istəyirlər”.
“(Qərb) Bunlar öldürməyi bilənlərdir. Onlar qaz kameralarında yəhudiləri kütləvi şəkildə məhv edir, əhalisi olan şəhərləri atom bombaları ilə xəritədən silirdilər”.
“İnşallah, zalımların Fələstin xalqının həyatından silinəcəyi günü görəcəyik. Zalımın zülmü əbədi deyil”.
“İsrailin insanları öldürməkdən zərrə qədər narahatlığı yoxdur. Onlar açıq-aydın deyirlər ki, biz öldürməyi bilirik, amma bunun əvəzini çox ağır ödəyəcəksən”.
“(İsrail) bu gün gəlin və bizi dinləyin, məzlumlara yardım etmək istəyimizi dinləyin və sülhün bərqərar olması üçün dialoq qapılarını açmaq çağırışımızı dinləyin”.