Gürcüstan prezidentindən Yerevanda gözlənilməz addım - Ermənistan şokda

Gürcüstan prezidenti Salome Zurabişvili Bakıdan sonra Yerevana səfər edib.

 

Rusiyanın “Kommersant” nəşri yazır ki, Yerevanda Ermənistan rəsmiləri Zurabişvilinin Bakıda səsləndirdiyi bəyanata aydınlıq gətirməyə çalışıblar.

 

Qeyd edək ki, Bakıya səfəri zamanı S.Zurabişvili Azərbaycan və Gürcüstan torpaqlarının işğal olunduğunu bəyan edib.

 

Yerevanda isə Gürcüstan prezidenti Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatı təsdiqləməklə yanaşı, erməni rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirib.

 

Gürcüstan prezidenti açıq şəkildə Ermənistan rəhbərliyini Dağlıq Qarabağı işğal etməkdə ittiham edib.

 

“Biz Azərbaycanla müstəqilliyimiz demək olar ki, eyni vaxtda bərpa etmişik və hər iki dövlət oxşar faciə ilə üzləşib”, - Zurabişvili deyib.

 

Gürcüstan prezidenti dəqiqləşdirib ki, “oxşar faciə” deməklə, torpaqların işğalını nəzərdə tutur.

 

Zurabişvili qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan işğal faktoruna baxmayaraq, dövlətçilik və iqtisadiyyatını gücləndirə bilib.

 

“Kommersant” yazır ki, Yerevanda Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyanla görüşlər zamanı Zurabişvilinin Bakı bəyanatı dəfələrlə qaldırılıb.

 

Lakin Gürcüstan prezidenti dediklərini geri götürməyib, əksinə, erməni rəhbərliyinə yeni ittihamlar səslənidirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ