Masallıda qanunsuz aksiya keçirmək istədilər - Polis qarşısını aldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Masallıda AXCP üzvlərinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış qanunsuz yığıncağının qarşısını alıblar.

Buta.media xəbər verir ki, bu barədə haqqin.az-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən bildiriblər.

İnformasiyaya əsasən, qanunsuz yığıncağın iki təşkilatçısı polisin yerli bölməsinə dəvət edilib və profilaktik söhbətdən sonra sərbəst buraxılıb.

Xatırladaq ki, daha əvvəl AXCP-nin mətbuat xidməti Masallıda yığıncaq keçirməyə çalışan bir neçə partiya üzvünün tutulması haqda məlumat yaymışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ