Səfurə üçüncü dəfə ana oldu - Natiq Əliyev doğuldu

"Eurovision" təmsilçilərimizdən olan Səfurə Əliyeva üçüncü dəfə ana olub.

Buta.media xəbər verir ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan keçmiş müğənninin oğlu dünyaya gəlib.

Cütlük övladına Natiq adını qoyub. Körpə bu gün səhər saatlarında Türkiyədə doğulub.

Qeyd edək ki, Fərhad və Səfurə cütlüyünün İsgəndər adlı oğlu, Aişə adlı qızı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ